Süd vəzi əməliyyatı
Süd Vəzisinin Böyüdülməsi
Süd vəzisi böyütmə əməliyyatı — doğuşdan və ya sonradan kiçik olan, həcmini itirmiş və ya asimmetrik olan süd vəzilərinin bədən proporsiyasına uyğun şəkildə böyüdülməsi məqsədilə həyata keçirilən estetik əməliyyatdır. Bu prosedur ən çox implant yerləşdirilməsi və ya yağ injeksiyası ilə icra olunur. Məqsəd – daha dolğun, simmetrik və estetik görünüşlü süd vəzilərinə sahib olmaqdır.
Süd Vəzisi Niyə Kiçilir?
Bu dəyişikliklər həm vizual narahatlıq, həm də özünəinam itkisinə səbəb ola bilər. Süd vəzisinin kiçilməsi və ya həcmini itirməsi bir sıra səbəblərlə əlaqəli ola bilər:
- Genetik olaraq kiçik olması
- Doğuş və əmizdirmə dövründən sonra həcminin boşalması
- Həddindən artıq arıqlama
- Yaşlanma və dəri elastikliyinin azalması
- Hormonal dəyişikliklər
Cərrahi əməliyyatdan əvvəl
Əməliyyatdan əvvəl pasiyentin süd vəzi ölçüləri, bədən quruluşu, dəri keyfiyyəti və şəxsi istəkləri nəzərə alınaraq ən uyğun implant ölçüsü və tipi seçilir. Eyni zamanda:
- Ailə və şəxsi sağlamlıq tarixi öyrənilir
- Süd vəzi müayinəsi və lazım olduqda USM və mamografi aparılır
- Əməliyyat öncəsi 2D və ya 3D vizuallaşdırmalarla nəticə proqnozlaşdırılır
- Hamiləlik və əmizdirmə planları nəzərə alınaraq qərar verilir

Əməliyyat
Süd vəzisi böyütmə əməliyyatı ümumi anesteziya altında aparılır və orta hesabla 1–1.5 saat davam edir. İmplantlar ya süd vəzi altına, ya da əzələ altına yerləşdirilir. Kəsiklər adətən döş altı qatında, məmə başı ətrafında və ya qoltuqaltı nahiyədə olur. Əməliyyatdan sonra estetik nəticə dərhal görünür.
Əməliyyatdan Sonra
Əksər hallarda pasiyent eyni gün və ya 1 gecə xəstəxanada qalır. Qidalanmaya və yüngül hərəkətə əməliyyatdan bir neçə saat sonra başlanır. Drenlər varsa, 1–2 gün ərzində çıxarılır.
İlk 3–5 gün ağrı, şişkinlik və gərginlik hissi normaldır. 1 həftədən sonra pasiyent yüngül iş rejiminə qayıda bilər. 4–6 həftə ərzində ağır fiziki fəaliyyətlərdən uzaq durmaq və xüsusi tibbi sütyen geyinmək tövsiyə olunur. Duş almağa dren çıxarıldıqdan 48 saat sonra icazə verilir.
Yan təsirlər
Müvəqqəti ağrı, şişkinlik və göyərmə, implantın ətrafında sərtləşmə (kapsül kontrakturası), infeksiya və ya implantın yerdəyişməsi (çox nadir hallarda), müvəqqəti hissizlik və ya həssaslıq artması, çapıqlar (çox vaxt solğun və az nəzərəçarpan olur) əməliyyatdan sonra rast gəlinə biləcək yan təsirlərdir. Bütün bu hallarda vaxtında həkim nəzarəti ilə müdaxilə mümkündür.
Nəticə
Süd vəzisi böyütmə əməliyyatı nəticəsində qadının bədən proporsiyası düzəlir, özünəinamı artır, geyim seçimi rahatlaşır. Əgər implantlar düzgün seçilərsə və əməliyyat təcrübəli cərrah tərəfindən aparılarsa, nəticələr uzunmüddətli və təbii görünüşlü olur.
Tez-tez Verilən Suallar

Burun əməliyyatından sonra göyərmələr nə qədər müddətə keçib gedir?

Süd vəzi əməliyyatından əmizdirmə problemi olurmu?

Botoks,
dolğu kimi inyeksiyalar kim tərəfindən vurulur?
